Mədəniyyət evi müdirinin mədəniyyətlə qarşıdurması

Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli şənbə günü Bakının Fatmai kəndində “Təkərli kitab dükanı” ilə yola çıxıblar və yerli mədəniyyət evi rəhbərinin təqibi ilə üzləşiblər. 

“Biz Fatmaidə kəndin mərkəzində Dörd yolayrlcında dayanmışıq. Bir xanım maşından düşüb yaxınlaşdı, və sorğu suala başladı ki, güya klubun ərazisində dayanmışıq. 2 saat ərzində adam bizi təqib etdi. BƏLƏDİYYƏ GƏLDİ, POLİS GƏLDİ. Hamının bir sualı var icazə almısız? Kimdən, niyə icazə almalıyıq?
Kitab bu qədər təhlükəlidir?” – deyə, Şahbaz Xuduoğlu özünün feysbuk hesabında yazıb. 
.

 ***

“Təkərli kitab dükanı” ilə ilk dəfə yola çıxdıq.

Qərara aldıq ki, yaxın kəndlərin birinə gedək, həm təkərli dükanı sınaqdan keçirək, həm də insanların münasibətini öyrənək.

Masazırdan isti çörək aldıq, Novxanıdan isə ləzzətli qutablar.

Fatmayi kəndini seçdik.
Avtomobilimizi Fatmayi kəndinin mərkəzində taksilər dayan yerdə saxladıq. Yol qovşağı, kəndə gələn avtobusların da son durağıdır. Məktəb yolunun üstü və Məscidin yanı. Bir tərəfimizdə də Mədəniyyət sarayı. Dəmir hasarla “qorunan” Mədəniyyət sarayı.

“Təkərli kitab dükanı” yolun kənarında, yola paralel saxladıq ki, gediş-gəlişə mane olmayaq. Həm də yaşayış evinin darvazasına yaxınlaşdırdıq. Qonşu dedi ki, saxlaya bilərsiz. Taksi sürücüləri ilə də məslətləşdim və yer rahat olduğundan qapıları açdıq, 1 manatlıq kitabları, kataloqları masaya düzdük.

Məktəblilərin dərsdən çıxan vaxtıydı, sevinclə “təkərli dükanı” dövriyyə aldılar.

Qonşu bizi yeməyə dəvət etdi, anası üçün “Şorbalar” kitabı aldı. Anası isə dualar kitabı istədi. Mən ona duaların yerinə “Aforizmlər” kitabını hədiyyə etdim.

Valideynlərdən biri oğlunun autist olduğunu dedi, uşağı üçün rəngləmə kitabçaları aldı ki, “motoriklər” yaxşı işləsin. Dərhal ağlıma gəldi ki, autizmlə bağlı kitab nəşr etmək lazımdır.

Uşaqlardan birini valideyn göndərmişdi ki, bitkilərə baxmaqla bağlı kitab alsın, o da bizdə olmadı, amma dəftərimə yazdım.

Fatmaiydə Quran və başqa dini məzmunlu kitablara daha çox maraq göstərdilər.

Belə, yolumuza davam edək.
Niyyətiniz Azərbaycanın bütün guşələrində, kəndində, dağı – dərəsində yaşıyan hər kəs üçün kitabı əlçatan etməkdir.

 

Yazı Şahbaz Xuduoğlunun feysbuk səhifəsindən götürülüb