ABŞ-ın iki müharibəyə gücü çatacaq?
ABŞ-ın hər iki müharibədə müttəfiqlərini dəstəkləməyə gücü var. Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Sky News telekanalına müsahibəsində Ukrayna və İsraildə gedən müharibələrdən danışarkən bildirib.
Yellen bildirib ki, milli iqtisadiyyat və hökumət maliyyəsi ölkənin xaricdəki maraqlarını dəstəkləməyə imkan verir.
“Amerika, şübhəsiz ki, İsrailin özünü müdafiə hüququnu tanıyır və onun hərbi ehtiyaclarını dəstəkləməyə imkanı var. Biz həm də Rusiya işğalına qarşı mübarizədə Ukraynanı dəstəkləməkdə davam edəcəyik”, – deyə rəsmi bildirib.
Basta