2024-cü ilin dövlət büdcəsi layihəsi

2024-cü ilin dövlət büdcəsi layihəsi parlament müzakirəsinə göndərilib. Layihədə gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilir (2023-cü il dövlət büdcəsinin gəlirləri 33 779 500,0 min manat, xərcləri 36 568 800,0 min manat təşkil edib).

Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 7 milyard 787,9 milyon manat; müdafiə və milli təhlükəsizlik – 6 milyard 421,04 milyon manat; ümumi dövlət xidmətləri – 4 milyard 814,9 milyon manat; təhsil – 4 milyard 549,9 milyon manat; sosial müdafiə və sosial təminat – 4 milyard 542,2 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 956,6 milyon manat; səhiyyə – 1 milyard 871,2 milyon manat; kənd təsərrüfatı – 1 milyard 109,8 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 574,7 milyon manat; ətraf mühitin mühafizəsi – 376,8 milyon manat; mənzil və kommunal təsərrüfatı – 364,7 milyon manat.

Əsas bölmələrə aid edilməyən 1 milyard 392,6 milyon manat xərc nəzərdə tutulur.

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 9 milyon 348 min manat ayırmaq proqnozlaşdırılır. Novator.az bildirir ki, həmin vəsait Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilan rayonları arasında bölünəcək. Qalan şəhər və rayonlara dotasiya ayrılmır.

Novator.az