Apelyasiya Məhkəməsi Müsavat başqanının oğlunu həbsdə saxladı – Video

Noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayəti təmin olunmayıb.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Qeyd edək ki, noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O.Hacılı Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham olunur. Nemət Kərimli ittihamın əsassız olduğunu və siyasi xarakter daşıdığını bildirib.

Возможно, это изображение 14 человек

Basta