Müsavat fəalı Sərdar Cəlaloğlunun “qarşısına əlcək atdı”

Müsavat Partiyası Nərimanov rayon təşkilatının sədri Camaləddin Heybət ADP sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib.

“Sərdar Cəlaloğlunu “dağılmış Müsavatın” bir rayon təşkilatının növbəti yığıncağına 07.04 2024 tarixində saat 11-də qonaq kimi dəvət edirəm. Amma, iclasdan sonra kişi kimi deməlidir ki, öz partiyasında son dəfə nə vaxt o qədər insanı toplaya bilib” – deyə, Cəmaləddin  Heybət özünün feysbuk səhifəsində yazıb.

Müsavat funksioneri həmçinin Nərimanov rayon təşkilatının yetərsay olmadığına görə baş tutmamış hesab olunan bir həftə əvvəlki iclasının fotolarını paylaşıb.

Basta