Media: İsrail İranın hücumuna tezliklə cavab verəcək
İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər.
Nəşr yəhudi dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir. Qəzetin mənbələri qeyd edib ki, ABŞ İsrailin heç bir hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton İsrailin gərginliyi artıra biləcək hərəkətlər etməməsində israrlıdır.
Qeyd edək ki, aprelin 13-də İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib.
Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin yanında SEPAH komandirlərinin istifadə etdiyi binanı bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilib. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. ABŞ, Rusiya və müxtəlif KİV-lər ümumi əməliyyatı uğursuz qiymətləndirib.
GünazTV