Litva Ukraynaya hərbçi göndərməyə hazırdır

Hərbçilərimiz istənilən vaxt Ukraynaya gedərək, müxtəlif ordu birləşmələrinə təlim keçməyə hazırdır.

Bu barədə Litvanın Baş naziri İnqridu Şimonite bildirib.

O deyib ki, artıq ölkə parlamentinin müvafiq razılığı alınıb. Hökumət rəhbərinin sözlərinə görə, məsələnin reallaşmasından ötrü adı çəkilən ölkənin hökuməti rəsmi Vilnüsə müraciət etməlidir.

Xatırladaq ki, daha əvvəl bir neçə dövlət də bu məsələdə Ukraynaya dəstəyini ifadə edib. Hətta Rusiyanın müdafiə naziri fransalı həmkarı Sebastyan Lekornyu ilə telefon söhbəti zamanı bunun rəsmi Paris üçün ciddi təhlükə yaradacağını vurğulayıb.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə bildirib ki, istənilən ölkənin Ukraynadakı hərbçiləri Rusiya ordusunun legitim hədəflərinə çevriləcək.

Gunaz TV