Azərbaycanda benzin və dizel yanacağı bahalaşdı
Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycanda benzin və dizel yanacağı bahalaşdı. Bu haqda qurumun Katibliyindən məlumat verilib.
Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.