Asif Yusifli AXCP-dən istefa verdi
“Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm”.
Bunu AXCP rəyasət heyətinin üzvü, keçmiş siyasi məhbus Asif Yusifli özünün feysbuk səhifəsində yazıb.
“Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”, – deyə, Asif Yusifli bildirib.