Tramp Harrisi Qarabağ ermənilərinin taleyi ilə bağlı fəaliyyətsizlikdə günahlandırdı
Respublikaçıların prezidentliyə namizədi və sabiq ABŞ Prezidenti Donald Tramp öz sosial media platformasında yazdığı mesajda siyasi rəqibi, vitse-prezident Kamala Harrisi Qarabağın erməni əhalisindən boşaldılması ilə bağlı əməli addım atmamaqda günahlandırıb.
Truth Social platformasında yazdığı mesajda Tramp bildirib ki, Harris ABŞ prezidenti olacağı təqdirdə dünya boyu xristianlar təhlükəsiz olmayacaqlar.
“120 000 xristian erməni dəhşətli şəkildə təqib olunaraq zorla Artsaxdan çıxarıldığı halda Kamala Harris HEÇ NƏ etmədi”, Tramp yazıb.