Suriyada üsyançılar Həma şəhərini ələ keçirdilər

Dekabrın 5-i Suriyalı üsyançılar növbəti hərbi qələbə qazanıblar. Reuters xəbər verir ki, üsyançılar prezident Bəşər Əsədə, onun Rusiya və İran müttəfiqlərinə yeni zərbə vuraraq, mühüm strateji əhəmiyyətə malik Həma şəhərini ələ keçiriblər.

Suriya ordusu şiddətli qarşıdurmalardan sonra “mülki insanların həyatını qorumaq və şəhər döyüşlərinin qarşısını almaq üçün” qüvvələrini şəhərdən çıxardığını bildirib.

Üsyançılar Dəməşq istiqamətində cənuba doğru irəliləməyə hazırlaşdıqlarını bildiriblər.

Əl-Cəzirə telekanalı Hamada üsyançıların mülki insanları salamladığını, bəzilərinin isə hərbi maşınlarla şəhərdə yürüşünü əks etdirən görüntüləri yayımlayıb.

Xatırladaq ki, üsyançılar keçən həftə Hələb şəhərini ələ keçirdilər və o vaxtdan Suriyanın şimal-qərbindən cənuba doğru irəliləyirlər. İki gün idi Həma yaxınlığındakı kəndlər ətrafında döyüşlər gedirdi.