Rusiyanın ən böyük silah arsenallarından biri göyə sovruldu

Rusiyanın Vladimir vilayətindəki silah-sursat anbarında yanğın və partlayışlar baş verib.  

RİA Novosti xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. 

“Vladimir vilayətindəki hərbi hissənin ərazisində baş verən yanğın nəticəsində anbarda saxlanılan döyüş sursatları partlayıb” – deyə, Müdafiə Nazirliyinin məlumatında deyilir. Səbəb kimi hərbi hissədə təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir. 

Məlumata görə, Vladimirdəki silah ambarı Rusiya Müdafiə Nazirliyinin ən böyük arsenallarından biridir.

Arsenal Rusiya-Ukrayna sərhədindən təxminən 530 kilometr aralıda yerləşir və bəzi məlumatlara görə, təxminən 274 min ton sursat saxlaya bilir. Yanğın və detonadiyaların “təhlükəsizlik qaydalarına əməl olunmaması” səbəbindən baş verdiyi iddia olunur. Rəsmi məlumata görə, ölən və yaralanan yoxdur. Lakin ətrafda olan iki yaşayış məntəqəsinin əhalisi təxliyyə olunub.