Müsavat Divanının gündəliyi
Mayın 5-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən yığıncaqlar barədə məlumat dinlənilib. Partiyanın rəhbərliyinə daxil olan şəxslər həftə ərzində
“Abzas Media” və “Toplum TV” işləri üzrə məhkəmə proseslərində iştirakları haqda bilgi veriblər.
Daha sonra Tofiq Yaqublunun artıq 35 gündür davam edən aclıq aksiyası barədə müzakirə aparılıb. Onun vəziyyətinin kritik olması, hər an həyatını itirə biləcəyi barədə məlumatlar xüsusi narahatlıq doğurur. Qeyd edilib ki, təkidlərə baxmayaraq, Tofiq Yaqublunun özünün tövsiyyə etdiyi həkim onun yanına buraxılmır. Tofiq Yaqublunun hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan müzakirələr və görülən işlər barədə məlumat verilib. Aprelin 29-da Müsavat Partiyasının qərargahında Tofiq Yaqublunun və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyası başlayıb.
İclasda regionda və dünyada gedən proseslərə dair fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.