Müsavat Divanının gündəliyi

Mayın 26-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə partiya başqanı İsa Qəmbər 28 May Respublika Günü ilə bağlı Divan üzvlərini təbrik edib.

Daha sona  görülən işlər barədə məlumat dinlənilib. Fizuli rayonunda Müsavatın yerli təşkilatının yığıncağı keçirilib, müvafiq hesabatlar verilib, Cavanşir Kazımov yenidən  təşkilatın sədri seçilib. 

Qeyd olunub ki, Respublika Günü ilə bağlı əfv sərəncamı imzalansa da, siyası motivlərlə həbs olunan şəxslərin heç biri azad edilməyib. Yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, ölkədə insan haqlarının durumu getdikcə pisləşməkdədir. AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçilərinin müxtəlif bəhanələrlə həbs edilməsi,  Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində çıxarılan sifarişli hökmün qüvvədə saxlanması, “AbzasMedia” işi üzrə məhkəmədə jurnalistlərə heç bir əsas olmadan 11-12 il həbs cəzası istənilməsi vəziyyətin daha da pisləşməyə doğru getdiyini göstərir. Divan bir daha günahsız həbs edilən şəxslərin azad olunmasını tələb edib. 

Mayın 28-də saat 12:00-da Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçiriləcək bayram tədbirinə hazırlıqla bağlı son tapşırıqlar verilib.

Regionda və dünyada baş verən ictimai-siyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda cari məsələlər müzakirə edilib.