“Biz ermənilər bu barədə susuruq” – Video
Mustafa Hacıbəyli
Deyir “erməni soyqırımı” ideyası pul qazanmaq məqsədilə ortaya atılıb. Fikirləşiblər ki, yahudilər buna görə nə qədər pul qazanıb, biz ermənilər niyə qazanmayaq?!
Və sonra, öz babalarının və nənələrinin hekayələrini danışır. O dövrdə əjdadlarının yaşadığı Muş kəndində baş verən bir hadisə xüsusilə dəhşətlidir.
Nənəsinin xatirələrinə istinadən deyir ki, bolşevik ruslar Ermənistana soxulduqdan sonra hər yerdə soyğunçuluq və zorakılıqlar baş alıb gedirmiş. Bir dəstə türk hərbçisi ermənilərin yaşadığı Muş kəndini quldur dəstələrin hücumundan qorumaq üçün müdafiə istehkamları qurur. 12-15 nəfərlik bu dəstəyə bir gənc zabit rəhbərlik edirmiş. Bir gün bu söhbəti danışan nənənin babası türk hərbçiləri yeməyə dəvət edir. Zabitə evdə süfrə açırlar, əsgərlər üçün isə həyətdəki kiçik sarayda masa qurulur. Qəfildən Aram dayı ilə, Toros dayı sarayın qapısını arxadan bağlayıb ora od vururlar, baba isə gənc türk zabitini boğub öldürür. Sonra onlar zabitin və kömürə dönmüş əsgərlərin meyitlərini taxıl saxlanılan quyuya atıb, ailəlikcə onların üzərinə işəyirlər…
Deyir, biz erməni soyqırımından danışırıq, amma öz babalarımızın, nənələrimizin hekayələrini araşdıranda tam fərqli şeylər ortaya çıxır, bu barədə isə susuruq.
On illər boyu aparılan yalançı soyqırım propaqandasına erməni cəmiyyətində də etiraz edənlər var. Aşağıdakı video-çıxış bunun növbəti nümunəsidir.
Bəyənin, paylaşın.