İranda 700 nəfər həbs edildi, 5 nəfər asıldı

İran dövlət mediası xəbər verir ki, İran-İsrail müharibəsinin başlanmasından bəri son iki həftə ərzində İran İsraillə əlaqədə şübhəli bilinən 700-dən çox adamı həbs edib. Ötən bazar günündən bəri üçü çərşənbə səhəri olmaqla beş nəfər asılıb. İran hakimiyyəti onları “Mossad agentləri” adlandırır.

İranın Fars Xəbər Agentliyi yazıb: “İsrailin İrana hücumunun əvvəlindən sionist rejimin bu ölkədəki casus şəbəkəsi son dərəcə fəallaşıb”.

Ölkənin məhkəmə sistemi ilə bağlı xəbərlər üzrə ixtisaslaşmış başqa bir agentlik olan Mizan isə edam edilənlərdən üçünün adını açıqlayıb. Onlar İdris Əli, Azad Şocai və Rəsul Əhməd Rəsuldur.

Ötən bazar və bazar ertəsi daha iki nəfər, Məhəmməd-Əmin Məhdəvi Şaisteh və Məcid Mosaybi edam edilib.

KİV-in məlumatına görə, onların hamısı “sionist rejimin xeyrinə əməkdaşlıq etməkdə”, xüsusən də sonradan adı açıqlanmayan yüksək rütbəli məmurlara sui-qəsddə istifadə edilən avadanlıqların qaçaqmalçılığına görə məhkum ediliblər.

BBC-nin məlumatına görə, onların hamısı “sionist rejimin xeyrinə əməkdaşlıq etməkdə”, xüsusən də sonradan adı açıqlanmayan yüksək rütbəli məmurlara sui-qəsddə istifadə edilən avadanlıqların qaçaqmalçılığına görə məhkum ediliblər.