Yeməksiz neçə gün yaşamaq olar?
Qanunsuzluğa etiraz olaraq aclıq aksiyasının uzun tarixi var: xüsusən həbsdə olan bir çox insanlar üçün belə bir aksiya, etirazın yeganə və son yolu olub.
Aclıq aksiyası insan orqanizmindəki proseslərə necə təsir edir və insan qidasız nə qədər yaşaya bilər?
Mütəxəssislər hesab edir ki, iki həftədən çox davam edən aclıqdan sonra insan orqanizmi parçalanmağa başlayır. Quru açlıq 8-10 gündən sonra insanın susuzluqdan ölümünə səbəb olur. Əgər aclıq edən şəxs su qəbul edərsə, o zaman iki aya qədər yaşamaq şansı var.
İlk günlər
İlk günlərdə orqanizm öz enerji ehtiyatlarından istifadə edir. Əvvəlcə glikogen, sonra isə yağ toxuması lazımi enerjini təmin edir. İnsan enerji itkisi yaşayır.
İlk günlərdə, güclü aclıq hissinə baxmayaraq, bədən üçün hələ əhəmiyyətli bir təhlükə yoxdur. Aclıq edən şəxs başağrısından əziyyət çəkə bilər.
3-7 gün
Üç-dörd gündən sonra aclıq hissi azalmağa başlayır. Eyni zamanda, bədəndə qlükoza ehtiyatları tükənir.
Bədən aclıq faktını təbii qəbul edir və qalan enerji mənbələrindən istifadə etməyə başlayır, aclıq edən şəxsin çəkisi kəskin azalmağa başlayır.
Mütəxəssislərin fikrincə, bu mərhələdə ən böyük təhlükə qan təzyiqinin düşməsidir. İnsan huşunu itirə və yıxılıb xəsarət ala bilər ki, bu da ölümlə nəticələnə bilər.
İkinci həftə
Bir insanın səhhətində problemlər varsa, aclıq aksiyası onları daha da ağırlaşdıracaq. Sağlam insanın mədə, ürək, qaraciyər, və s. orqanlarında xəstəliklər yarana bilər.
3-4 həftə
Simptomlar güclənir, sağlamlıq sürətlə pisləşməyə başlayır. Əzələ atrofiyası, ümumi zəifləmə, hərəkət sistemində çətinliklər müşahidə olunur. Ürək döyüntüsü yavaşlayır. Görmə qabiliyyəti və şüurla bağlı problemlər ortaya çıxır.
4-5 həftə
Tiamin çatışmazlığı kəskinləşir. Başgicəllənmə artır, görmə qabiliyyəti daha da azalır, nitqdə problemlər yaranır.
6 həftədən çox
Bu mərhələdə aclıq edənin həyatı üçün birbaşa təhlükə yaranır. Beyin fəaliyyətində problemlər yaranır, insan tez-tez hüşunu itirir.
Orqanizmdə bütün vitamin və mineral ehtiyatları tükəndikdən sonra aclıq edən insanda sarılıq və sinqa xəstəliyi əmələ gəlir.
Bəzi insanlar bu mərhələdə eşitmə və görmə qabiliyyətini itirir.
Altı həftəlik aclıqdan sonra insanlar ürək çatışmazlığından və ya bədəndə artıq toksinlərdən ölürlər.
Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda aclıq aksiyası keçirən məhbusun həyatı üçün təhlükə yarandıqda, onun zorla qidalandırılmasına qanunla icazə veriir.
Basta