HƏMAS İranı müsəlman dövlətləri vurmamağa çağırdı
Fələstinin silah qruplaşması olan HƏMAS Tehrana nadir hallarda səslənən bir irad bildirərək onu qonşu müsəlman dövlətlərinə hücumları dayandırmağa çağırıb.
“Hücumlara cavab olaraq İran İslam Respublikasının beynəlxalq normalar və qanunlara uyğun şəkildə bütün mövcud vasitələrlə cavab vermək hüququnu təsdiqləməklə yanaşı, hərəkat İrandakı qardaşları qonşu ölkələrə zərbələr endirməkdən çəkinməyə çağırır”, — HƏMAS-ın bəyanatında deyilir.
İran isə bəyan edir ki, onun hücumları Körfəz ölkələrinin özünə qarşı deyil, həmin ölkələrin ərazisində yerləşən ABŞ obyektlərinə qarşı yönəlib. Bununla belə, bir çox zərbələr mülki infrastruktura dəyib.
Bundan əvvəl münaqişə zamanı İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərə vurulan “qeyri-ixtiyari ziyana” görə üzr istəmişdi, lakin belə zərbələr üzrxahlıqdan sonra da davam edib.

