İnsan ola bilmədilər. Ermənilər cəbhədə ölənlərin cəsədləri ilə qidalanan donuzları da aparırlar

Ermənilər azad etməli olduqları Kəlbəcər, Laçın, və Ağdam rayonlarını yağmalamaqda davam edirlər. Onlar, unitazlar da daxil olmaqla ev əşyalarını,   ölülərinin sümüklərini, ağacları kəsib daşımaqla, evləri və meşələri yandırmaqla kifayətlənmirlər.

 

Sosial şəbəkələrdə donuzların cəbhə xəttində insan cəsədləri ilə qidalanması görüntüləri və bu heyvanların da Ermənistana aparılaraq, kəsilib ət dükanlarına çıxarılması haqda məlumatlar yayılıb.

 

“Əslində, donuzlar hər şey yeyən heyvanlardır, bu təəccüblü deyil”. Bunu Sputnik Ermənistan-a verdiyi müsahibədə Qida Təhlükəsizliyi Təftiş Qurumu rəhbərinin müavini Narek Ayrapetyan söyləyib.  O etiraf edib ki, cəbhə xəttindəki epidemioloji vəziyyətə nəzarət etmək mümkün olmayıb.

 

Ayrapetyan əlavə edib ki, təsərrüfatların bombalanması və məhv edilməsi nəticəsində səllim qalan heyvanların və çöl donuzlarının Ermənistana gətirilməsinin qarşısını almaq üçün Sunikdəki keçid məntəqəsinə müfəttişlər yerləşdirilib.

 

Qeyd edək ki, Ermənistan tərəfi noyabrın 15-dək Kəlbəcəri işğaldan azad etmək barədə öhdəlik götürsə də, rayonun yağmalanmasını başa çatdırmaq üçün əlavə 10 gün müddət istəyiblər.

 

Ermənilərin bu varvarlığı fonunda sosial şəbəkələrin azərbayçanlı istifadəçiləri 80 il əvvəl Finlandiyada baş vermiş bir hadisəni yada salırlar:

 

1940-cı ilin martında sovet-fin müharibəsi zamanı sovet ordusu Vıborq şəhərinə daxil olurdu. Şəhərin fin əhalisi ölkənin dərinliklərinə getmək üçün şəhərdən köçürdü.

 

Orada bir yaşlı ailə var idi. Onlar köçmək üçün bəzi əşyalarını toplayıb evdən çıxarkən yaşlı qadın ərində onun bir qədər gözləməsini xahiş edir. Həyətdən bir dəstə gül toplayıb bir vazada qonaq otağına qoyur. Əri buradan birdəfələk köçdükləri onun niyə belə etdiyini soruşur.

 

Qadın: – “Onlar gəlib evə girəcəklər, istəyirəm bilsinlər ki, burada insanlar yaşayıb”.

 

Ermənilərin bu gün Kəlbəcər, Laçın və Ağdamda törətdikləri vandalizm, onların İnsan ola bilmədiklərinin göstəricisidir.

 

Mustafa Hacıbəyli

Basta