Koronavirusa yoluxma üzrə yeni antirekord
Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 3646 yeni hal aşkarlanıb. 1259 nəfər müalicə olunub, 34 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 24-də də yaydığı məlumatda deyilir. Bu, pandemiya dövründə ən yüksək göstəricidir.
Ölkədə yoluxanların ümumi sayı 98 927 -yə çatıb, 65 734 nəfər müalicə olunub, 1194 nəfər vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir.
Ötən sutka ərzində 14358 test, pandemiya dövründə 1631 597 keçirilib.