Rusiyadan Xankəndinə humanitar yardım gətirilib

Rusiyadan Dağlıq Qarabağa humanitar yardımların növbəti partiyası çatdırılıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Soyuq hava başlamazdan əvvəl yerli sakinlərə isti yorğanlar və  evləri bərpa etmək üçün tikinti materialları veriləcəyi qeyd olunur.

 

Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Əskəran rayonundakı Onik Grigoryan adına orta məktəbdə açıq təhlükəsizlik dərsləri keçirib.