Şəhidlər sayğı duruşu ilə yad edildi

2020-ci il dekabrın 2-də ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla  4 dekabr Azərbaycanda Anım günü elan edilib.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.

 

Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanındakı gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.

 

Bu gün ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanının ziyarət ediblər.