Müsavatın Şuşa təşkilatı faəliyyətini Şuşada davam etdirmək üçün onlara şərait yaradılmasını istəyir

“Müsavat Partiyasının Şuşa təşkilatı fəaliyyətini Şuşa şəhərində davam etdirmək üçün onlara şərait yaradılması ilə əlaqədar mənə müraciət edib”.

 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Müsavat başqanı qeyd edib ki, ilk növbədə bütün dövlət qurumlarının, bütün ölkə miqyaslı təşkilatların yerli strukturlarının Qarabağ ərazisinə köçürülərək fəaliyyətə başlaması çox vacibdir: “Məncə Müsavat Partiyasının Şuşa şəhərində fəaliyyətini bərpa etməsinin xüsusi, həm də simvolik əhəmiyyəti izaha ehtiyacı olmayan məsələdir. Müvafiq hakimiyyət strukturlarından Müsavat Partiyası Şuşa təşkilatının Şuşa şəhərində fəaliyyətə başlamasına sərait yaradılması üçün yerli komendanta müvafiq göstəriş verilməsini xahiş edirəm”.

 

 

Basta