Müsavat başqanı: “Elçibəyin rəhbərlik etdiyi xalq hərəkatı bütün Azərbaycanı rus işğalından azad edib”
Əgər Elçibəy də Rusiyanın maraqlarına tabe olsa, onu hakimiyyətindən kim kənarlaşdıra bilərdi?
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Elçibəyin rəhbərlik etdiyi Xalq Hərəkatı Bakını, Gəncəni, Şəkini, Şirvanı, Zaqatalanı…
erməni işğalından azad etmişdi. Elçibəy hökuməti bütün Azərbaycanı rus işğalından, Şaumyan kənd rayonunu, Ağdərəni və digər ərazilərimizi erməni işğalından azad etdi” – deyə, Arif Hacılı qeyd edib.
“Əgər Elçibəy də Rusiyanın maraqlarına tabe olub, Yuxarı Qarabağı erməni-rus hərbi birləşmələrinə təslim etmək şərti ilə hakimiyyətdə qalmağa üstünlük versə, xalqın milyonlarını mənimsəyib bu vəsaitlər hesabına ona məddahlıq edən yaltaq, ələbaxan ziyalı, jurnalist ordusu, ictimai təşkilatlar və siyasi partiya birlikləri, digər təziq qrupları yaratsaydı onu hakimiyyətindən kim kənarlaşdıra bilərdi? O belə etmədi. Xalqa inandı. Xalqın tərəfini tutdu. Devrilsə də xalqa xidmət edən və əbədi olaraq xidmət edəcək Rəsulzadə yolu adlandırdığımız ideoloji-siyasi xətti dirçəltdi, yeni nümunələr yaratdı” – deyə Müsavat başqanı vurğulayıb.
Basta