Müsavat Gənclər Təşkilatı Lənkəranda saxlanılan fəalların sərbəst buraxılmasını tələb edir
Müsavat Gənclər Təkilatı Lənkəranda ictimai fəallara və jurnalistlərə qarşı polis təzyiqini pisləyən bəyanat qəbul edib. Qurumdan “Basta” ya təqdim olunan sənəddə deyili:
“1 fevral, 2021 ci ildə “Tələbə Güc Mərkəzinin” sədri Əhməd Məmmədli Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın etiraz bəyanatını səsləndirməyə gedərkən yolda polis tərəfindən saxlanılıb. Təşkilatın üzvü olan başqa gənclərin evlərinə polislərin getdiyi haqqda xəbərlər var. Baş verənləri işıqlandırmaq üçün bu gün Lənkəran şəhərinə getmiş jurnalist Nurlan Qəhrəmanlı, Rüstəm İsmayılbəyli və Cəlil Zabidov saxlanılıb. Sərbəst toplaşma, söz və ifadə azadlığının kobud şəkildə pozulması, gənclərə qarşı təziqlər Müsavat Gənclər Təşkilatı olaraq bizi ciddi narahat edir.
Ölkədə ictimai fəal şəxslərə, gənclərə, eləcə də sadə vətəndaşlara qarşı baş verən qeyri qanuni hərəkətlərin durdurulmasını, ”Gənclər Günü”ndə saxlanılan günahsız gənclərin dərhal sərbəst buraxılmasını, təzyiqlərə məruz qalan gənclərin rahat buraxılmasını, gənclərin qaldırdıqları haqlı probremlərin aidiati qurumlar tərəfindən araşdırılmasını, problemin qanunauyğun şəkildə həll edilməsini tələb edirik!”
Basta