Müsavat Divanının iclası keçirilib
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Bastaya verilən məlumata gorə, açıq hava şəraitində keçirilən iclasda görülən işlər barədə məlumat dinlənilib.
Şuşaya “İsgəndər M” raketlərinin atılmasına etiraz əlaməti olaraq Müsavat Gənclər Təşkilatı və bir qrup partiya fəalının Rusiyanın Bakıdakı səfirliyi qarşısında keçirdiyi piketin Azərbaycanda və xarici mətbuatda böyük əks-səda doğurduğu bildirilib. Divan aksiyanın iştirakçılarına və təşkilatçılarına təşəkkür elan edib.
Divan üzvü Nemət Kərimli həbsdə olan partiya fəalı Nizaməli Süleymanovun və onun qohumu Akif Süləymanovun qanunsuz olaraq 20 sutka inzibati həbsə məruz qalması ilə bağlı appelyasiya şikayəti hazırlandığını bildirib.
İclasda ölkədə və regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.