Azad Rəhimov vəfat edib – Yenilənib
Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.
***
Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsindən Azad Rəhimovun vəfat etdiyi barədə məlumat silinib. Daha sonra bu məlumatı yayan bir sıra saytlardan məlumat yığışdırılıb.
***
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
Bu barədə Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi məlumat yayıb. Onun xərçəng və serroz xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
Bir müddət ABŞ-da müalicə alan Azad Rəhimov iki gün əvvəl Bakıya gətirilib. 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub. Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.