Netanyahu Baydenin Qəzzada hərbi əməliyyalatları azaltmaq çağırışını rədd edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin İsrailin Qəzza zolağındakı Həmas yaraqlılarını bombardman etməsini “əhəmiyyətli dərəcədə azaltmaq” çağırışını rədd edib.

 

Bu,10 günlük hərbi əməliyyatlarda atəşkəsə səbəb ola bilərdi. Bunun əvəzinə Baş nazir Netanyahu verdiyi açıqlamada “bu əməliyyatı məqsədinə çatana qədər davam etdirməyə qərarlı olduğunu” deyib.

 

Qəzzanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, döyüşlərin başladığı mayın bəri İsrail zərbələri ən azı 63 uşaq daxil olmaqla, 217 Fələstinlini öldürülüb. Raket hücumlarında 6 yaşındakı bir uşaq da daxil olmaqla, azı 12 İsrail ölüb.

 

Netanyahu “Amerika prezidentinin dəstəyini çox təqdir etdiyini”, lakin İsrailin “sakitlik və təhlükəsizliyi İsrail vətəndaşlarına qaytarmaq üçün” irəliləyəcəyini bildirib.

 

BMT zorakılıqlara son qoyulması üçün vasitəçilik səylərində “aktiv iştirak etdiyini” bildirib. BMT eləcə də yanacaqla dolu onlarla maşını bölgəyə göndərdiyini və yardım agentliyinin Qəzzaya bundan başqa heç bir yardım etmədiyini bildirib.

 

Beynəlxalq təşkilat İsrailin hava hücumlarının Qəzzadakı mülki infrastruktura, eləcə də COVID-19 test laboratoriyası və digər sağlamlıq müəssisələrinə vurduğu zərərlərlə əlaqədar narahatlığını ifadə edib.

 

Amerikanın səsi