Arif Hacılı: “Mən istintaq materiallarını xatırladanda kimlərsə çox həyəcanlanır”
Rauf Arifoğlu 2004-cü ildə keçirilən, əsrin məhkəməsi adlandırılan məhkəmə prosesində 2003-cü il seçkiləri zamanı özünün nəinki siyasi lider, hətta siyasətçi olmadığını, hadisələri yalnız bir qəzetçi kimi işıqlandırdığını sübut etmək üçün
əlindən gələni edib.
Öz şahidi kimi məhkəməyə dəvət etdiyi şəxslərə belə suallar verirdi:
R.A. – Mən Müsavat Divanının üzvüyəmmi?
Şahid: Yox.
(Mən Müsavat Divanının üzvü idim.A.H.)
R.A. – Mən Demkonqres İdarə Heyətinin üzvüyəmmi?
Şahid: – Yox.
(Mən Demkonqresin İdarə Heyətinin üzvü idim).
R.A.- Mən İsa Qəmbərin Seçki Qərargahının üzvüyəmmi?
Şahid: – Yox.
(Mən Seçki Qərargahının sədri idim).
R.A. – Mən nə vaxtsa mitinqlərin təşkilatçısı olmuşammı?
Şahid: – Yox.
(Mən əksər mitinqlərin təşkilatçısı olmuşam).
R.A.- Mən 16 oktyabr mitinqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişəmmi?
Şahid: – Yox.
(Mən BİH -ə müraciət etmişdim).
R.A. – Mən Azadlıq Meydanında çıxış etmişəmmi?
Şahid: – Yox.
(Mən Azadlıq Meydanında çıxış etmişdim).
Və sairə, və sairə…
…Ona görə də mən hər dəfə yeni “qəhrəmanlıq dastanları” ilə bağlı suallara cavab olaraq, hər şey istintaq materiallarında əks olunub, deyəndə kimlərsə çox həyəcanlanır.
Əslində indi bizdə də olan istintaq materiallarına baxmağa da ehtiyac yoxdur.
Dediklərim, o dövrün mətbuatında, elə “Yeni Müsavat” qəzetinin həmin dövrdəki saylarında dərc olunub.
P.S. Azadlıq meydanındakı şəkilləri qəzetində dərc edərkən özünün həndəvərimdəki görüntülərini belə kəsib yaymaq tapşırığı verən birinin indi özünü həmin siyasi mərhələnin lideri adlandırması da bir başqa rəzalətdir.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta