Bu gün Azərbaycanın Milli Ordu Günüdür
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür.
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı.
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
9 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra istiqlalçı millət vəkillərinin və Azərbaycan Xalq Cəbhəsinin təkidi ilə Azərbaycan Ali Soveti milli ordusunun yaradılması barədə qərar qəbul edib.
Ordumun yarandığı gündən torpaqlarımızın erməni-rus işğalından azad olunması üçün müqəddəs mübarizəyə başlayıb. 1992-ci ildə ordumusun uğurlu hərbi kampaniyası nəticəsində ordumuz Ağdərə rayonu da daxil olmaqla Dağlıq Qarabağın yarıdan çoxunun azad olunmasına nail olub. Lakin daxildə və xaricdə olan qüvvələrin birgə səyləri nəticəsində bu hərbi əməliyyat dayandırılıb. 1993-cü ildə əvvəlcə Kəlbəcər rayonu, milli hökumət devrildikdən sonra isə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonları işğal edilib.
Milli ordumuz bu işğaldan sonra ilk əlverişli qeo-siyasi durum yarandıqda – 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın böyük hissəsini işğaldan azad edib.