Rus əsgərləri Əskipara kəndinə ”yerləşir”
Ermənistan xəbər saytlarında və sosial mediada yayılan məlumatlara görə, Ermənistanın nəzarətində olan Əskipara – Voskepar kəndinə rus hərbçiləri yerləşdirilməyə başlayıb.
Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib.
Rusiya Müdafiə Nazirliyi və Ermənistan rəsmiləri hələ ki, bu barədə açıqlama verməyib. Sosial mediada yayılmış videolarda Rusiya ordusunə məxsus olduğu deyilən yük maşınlarını görmək olar.
Several reports that a Russian checkpoint is being established in Voskepar, Tavush. This is the first confirmation.
Media organizations have reached out to the MoD and the Governor of Tavush for clarification, but they have not been provided with any. pic.twitter.com/82RhEAQHk6— 301🇦🇲 (@301_AD) August 5, 2021
İnfocom saytı yazır ki, Tavuş rayonunun icra hakimi Hayk Qalumyan rus əsgərlərinin monitorinq məqsədilə” gəldiyini bildirib.
”Baş nazir bu ideyanı hökumət sessiyasında səsləndirmişdi, ancaq bu qədərini bilirəm…Dəqiq say və yer barədə məlumatım yoxdur”, o İnfocom saytına deyib.
Sosial mediada yayılan məlumatlara görə, hazırda rus əsgərləri həmin kənddə qalmağa yer axtarırlar.
Kənd Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir və bu kəndlərin hamısı hazırda Ermənistanın nəzarətindədir.
BBC