Müsavat Divanının gündəliyi
Aprelin 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və keçirilən iclaslar barədə məlumat dinlənilib.
Divan üzvü Mustafa Hacılı siyasi məhbus Azər Qasımlının işi üzrə apelyasiya məhkəməsi və onun xanımı, jurnalist Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında başladılan məhkəmə prosesi haqda məlumat verib.
Divan üzvü Səxavət Soltanlı Avropa Liberal Demokrat İttifaqının (ALDE) təşkil etdiyi onlayn toplantı barədə məlumat verib.
Daha sonra ölkədəki və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri və ölkəmizlə əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə genişlənməsi barədə razılaşmalar müsbət qiymətləndirilib.
Sonda cari məsələlər müzakirə olunub.

