Rusiya fondu Zelenskiyə mükafat verib

2022-ci il üçün Boris Nemtsov mükafatı Ukrayna prezidenti Vladimir Zelenskiyə verilib. Bu barədə Rusiyada fəaliyyət göstərən Boris Nemtsov Fondu məlumat yayıb.

Rusiyada fəaliyyət göstərən adıçəkilən Fond bu il mükafata yalnız Ukraynalıların namizədliyini irəli sürmək qərarına gəlib. Fondun Təsisçilər Şurasının keçirdiyi səsverməsinin nəticələrinə görə, Ukrayna prezidenti qalib elan edilib.

“Nemtsov Fondu Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyir: “Boris Nemtsov özü də həmişə Ukraynaya qarşı müharibənin əleyhinə olub”, – fondun həmtəsisçisi Janna Nemtsova bildirib.