Müsavat Tofiq Yaqublunun azad olunmasını tələb edir
Dekabrın 26-da Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlərlə bağlı məlumat dinlənilib.
İctimai fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı aksiyanın polis tərəfindən zorakılıqla dağıdılması pislənilib. Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunması, aksiyada həbs olunan Tofiq Yaqublunun dərhal azad olunması tələb edilib.
Divan Bəxtiyar Hacıyevin səhhətində yaranan problemləri nəzərə alaraq, aksiyanın ölkədə və beynəlxalq aləmdə artıq geniş rezonans doğurduğunu qeyd edərək, onu aclığı dayandırmağa çağırıb.
Dekabrın 30-da partiyanın mərkəzi qərargahında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması qərara alınıb.
Qarabağda son vəziyyət müzakirə olunub, Laçın dəhlizində keçirilən aksiyanın mümkün nəticələri təhlil edilib.
Basta