Müsavat qurultayla bağlı qərar qəbul etdi

İyulun 29-da Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Məclisin sədri Nüşabə Sadıxlı iclasın gündəliyini səsə qoyduqdan sonra partiya başqanı Arif Hacılı ölkədəki ictimai siyasi vəziyyətlə bağlı çıxış edib.

Arif Hacılı Ədliyyə Nazirliyinin Müsavat Partiyasına qarşı yaratdığı problemləri hakimiyyətin ölkədə təkpartiyalı sistem yaratmaq istəyi ilə bağlı olduğunu bildirib.

Arif Hacılı Laçın dəhlizi ilə bağlı Azərbaycana olan təzyiqlərdən danışıb. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin haqlı və beynəlxalq hüquqa uyğun olduğunu bildirib.

Müsavat başqanı Azərbaycanın quru sərhədlərinin bağlı qalması, eləcə də Qarabağda əhaliyə torpaq verilmədiyi halda, burada ərazilərin oliqarxlara təslim edilməsinə görə hakimiyyəti sərt tənqid edib.

Arif Hacılı Qubad İbadoğlunun həbsinin sifarişli olduğunu bildirib, onun və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Sessiyada Məclis üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, Mustafa Hacılı, Səxavət Soltanlı, Elşən Əlisoy, Limunət Əmrahlı, Söhrab Məhərrəmov, Zakir İsmayıl, Çingiz Əli və digərləri çıxış edərək rayon təşkilatları qarşısında duran vəzifələrdən danışıblar.

Daha sonra partiyanın növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə 29 nəfər üzv seçilib.

Basta