Xankəndidəki paradda ermənilərdən götürülmüş hərbi texnika nümayiş olunacaq

Noyabrın 8-də Xankəndidə keçiriləcək parad daha kiçik miqyasda 10 dekabr 2020-ci ildə Bakıda keçirilən paradı xatırladacaq. Müxtəlif növ qoşun bölmələri baş meydandan təntənəli marşla keçəcəklər. Parad iştirakçılarının böyük hissəsi İkinci Qarabağ Müharibəsinin iştirakçılarıdır.

Hazırda meydanın təmizlənməsi və yol nişanlanması işləri başa çatmaq üzrədir.

Axşam saatlarında 2020-ci il Vətən Müharibəsində zəfərin üçüncü ildönümünün və 19 sentyabr 2023-cü ildəki qələbənin şərəfinə Şuşa şəhəri istiqamətindən atəşfəşanlıq olacaq.