Müsavat Divanının gündəliyi

Dekabrın 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Ölkədə baş verən ictimai-siyasi proseslər barədə fikir mübadiləsi aparılıb.

Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib.

Heç bir sübut ortaya qoyulmadan həbs edilmiş AXCP sədri Əli Kərimlinin və onun müavini Məmməd İbrahimin apelyasiya şikayətinin təmin olunmaması, məhkəmə binasının qarşısına gələn partiya fəallarının polisin təzyiqi ilə üzləşməsi pislənilib. Qeyd edilib ki, Müsavat Partiyası hər zaman dəyərlərin, insan haqları və azadlıqların müdafiəçisi kimi çıxış edib, bu gün də etməkdədir.

Daha sonra regionda və dünyada davam edən proseslər dəyərləndirilib.

Sonda cari məsələlər müzakirə olunub.