İran xalqı dini və şahlıq hakimiyyəti istəmir- Pompeo
İran İslam Respublikası süqut etmək üzrədir və hazırkı xalq etirazları dalğası nəhayət ki, İranı idarə edən korrupsiyalaşmış dini diktaturanın sonuna gətirib çıxara bilər.
Bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Nyu-York Post” qəzetində nəşr olunan məqaləsində yazıb.
O, İran hökumətinin müttəfiqlərinin, o cümlədən Venesuela hakimiyyətinin zəifləməsinə diqqət çəkərək, Tehran rejiminin də eyni aqibəti yaşayacağına diqqət çəkib:
“Tehrandakı ayətullah rejimi də ağır siyasi, iqtisadi və beynəlxalq təzyiqlər altında ciddi şəkildə aşındırılıb və tezliklə oxşar aqibətlə üzləşə bilər”.
Pompeo yazıb ki, Venesueladakı son hadisələr İran xalqını ruhlandıra və həlledici bir an üçün yol aça bilər. O, əlavə edib ki, “Tehranın korrupsiyalaşmış rejiminə qarşı hazırkı etiraz dalğası əvvəlki üsyanların edə bilmədiyi bir gücə – İslam Respublikasının sonuna nail olmaq potensialına malikdir”.
Pompeo məqaləsinin başqa bir hissəsində əlavə edib:
“Xoşbəxtlikdən, İranın demokratik keçid üçün aydın yol xəritəsi olan yaxşı təşkil olunmuş, demokratik müxalifəti var; və təkrarlanan üsyan dalğaları vasitəsilə İran xalqı teokratiya və ya monarxiya istəmədiklərini, sülh və rifah axtaran nümayəndəli demokratiya istədiklərini açıq şəkildə bildirib”.
GünazTV

