Arif Hacılı: “30 il düşmənlə savaşanda İranı önümüzdə gördük”

İranda ötən əsrin əvvəllərindən başlayaraq nə vaxt hakimiyyət güclənibsə şovinist siyasət də güclənib.

Hakimiyyət öz gücünü xalqın rifahının yaxşılaşdırılmasına yox, bu ölkədə yaşayan digər millətlərə, ilk növbədə isə Azərbaycan türklərinə qarşı yönəldib.

Müharibələrdə, ölkənin dar günlərində öndə olan soydaşlarımıza başqa dövrlərdə ikinci növ xalq kimi yanaşılıb.

Mədəni-milli haqlarımız tapdalanıb.
Dilimiz təqib olunub.
Ana dilimizdə məktəblərin, universitetlərin açılması tələbləri iqnor edilib.

Azərbaycanlıların kompakt yaşadığı regionlar inkişaf etdirilməyib. Bu ərazilərə digər millətlərin nümayəndələrini kütləvi şəkildə köçürməklə demoqrafik vəziyyətin dəyişdirilməsinə cəhd göstərilib.

Öz milli haqlarını tələb edən siyasi fəallarımız həbs olunub, edam edilib, ölkədən didərgin salınıb.

Otuz ildən çox davam edən Qarabağ müharibəsində bu ölkəni yanımızda yox, önümüzdə, düşməni himayə edən görmüşük.

Üzərimizə gələn tanklar, digər hərbi texnika İranın ucuz yanacağı ilə hərəkət edib.

44 günıük müharibə dövründə Rusiyadan gələn hərbi yardımların çoxu İran üzərindən Ermənistana ötürüıürdü.

Cəbrayılda ordumuzun qarşısını kəsib qələbə yürüşümüzü ləngitdilər, 30 il separatçı rejimlə əməkdaşlıq etsələr də qoşunlarımızın sərhəd boyu hərəkətindən narahat oldular, hədə-qorxu bəyanatları verdilər.

Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdid Rusiyadandır.

Sirr deyil ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə növbəti həfəf Cənubi Qafqaz, Azərbaycan olacaq.

Ukraynaya qarşı müharibədə də Rusiyaya ən böyük dəstək İrandan gəlir.

Orta Şərqdə çoxsaylı fitnələr tötətmiş İran rejimi milyonlarla öz vətəndaşının, o cümlədən cənublu soydaşımızın qətlinə bais olub.

Yalnız son etiraz aksiysları zamanı minlərlə İran vətəndaşı qətlə yetirildi.
Öldürülənlərin əksəriyyətinin cənazəsi ailələrinə pulla satıldı.

Onların dini adətlərə uyğun dəfninə, yas mərasimlərinin keçirilməsinə icazə verilmədi…

Xalqın etimadını itirən bu rejimin hakimiyyətdə qalması etirazçılara qarşı zorakılıq, həbslər və qətllər hesabına təmin edilir.

Bu gün İranda yaranan vəziyyətə görə əsas məsuıiyyət 47 il ərzində ölkəni yönəldən teokratik rejimin üzərindədir.

Yüz illər boyu arzuladığımız, uğrunda mübarizə apardığımız Güney Azərbaycanın istiqlalı və ya hər bir millətin hüquqlarını qoruyan, azad, demokratik, Azərbaycanla dost olan bir dövlətin qurulması üçün real imkanlar yaranıb.

İndi timsah göz yaşları axıtmaq, saxta humanizm, saxta dini təəssübkeşlik göstərmək zamanı deyil.

İndi bu tarixi fürsəti əldən verməmək, bəlkə də yüz ildə bir dəfə yaranan bu imkanı gerçəkləşdirmək üçün zəruri addımları atmaq zamanıdır.

İran ali dini rəhbəri və onun ətrafında olan bəzi yüksək vəzifəli şəxslərin öldürülmədi orada mövcud olan rejimin süqutu demək deyil.

Bu xəmir hələ çox su aparacaq.

Bir güneyli soydaşımızın dediyi kimi hələ heç nə bitməyib.

Savaşımız indi başlayır!