Qərb cəmiyyətlərinə Qarabağ həqiqətləri necə çatdırılmalı

ADAM sosioloji araşdırmalar mərkəzinin rəhbəri Rüfət Qaragözlü, Qərb ölkələrində yaşayan soydaşlarımızın Qarabağ həqiqətlərini yerli topluma necə çatdırmalı olduqları haqda öz fikirlərini bölüşüb.

Yazını təqdim edirik:

.

Məlumdur ki, Qarabağ məsələsində (və digər milli məsələlərdə) Qərb ölkələrində bir çox hallarda nəinki hökumətlər, hətta toplumlar bizim haqq mövqeyimizi deyil, ermənilərin tərəfini tutur. Son zamanlar sosial şəbəkələrdə rastlaşdığımız saysız hesabsız kəskin debatlar da bunu təsdiq edir. Azərbaycan mövqeyindən olan çıxışlara qarşı dərhal erməni yalanları əks arqument kimi qətirilir və sən nə qədər dəlil qətirirsən qətir, əks tərəf dediyini deyir. Yəgin ki, sosial şəbəkədə az çox fəallıq göstərən hər birimiz bunun şahidiyik.

Bunun bir neçə səbəbi var.

Ermənilər Qərb ölkələrinə bizimkilərdən qat-qat tez köçüblər, ən azından burada 100 il fərq var, və belə olan halda ermənilərlə müqayisədə soydaşlarımız yaşadıqları cəmiyyətlərin dil və mədəniyyətlərini zəyif mənimsəyiblər və ümumiyyətlə o cəmiyyətlərə zəyif inteqrasiya olunublar, həm sosial-mədəni həm də siyasi baxımdan. Digər tərəfdən, soydaşlarımızın ermənilərlə müqayisədə ümumiyyətlə sosial fəallığı azdır. Bundan başqa burada din və etnik faktoru da az rol oynamır – istər istəməz hər kəs özünə yaxın dindən olanı daha rahat anlayır və qəbul edir, ayrıca soydaşlarımızın əksəriyyəti etnik türk olduğu və Qərb dünyasının ənənəvi olaraq türkofobiyadan azad olmaması da təsirini göstərməkdədir. Nəticədə, haqq sözümüzü bir çox hallarda Qərb topmumlarına yetərincə çatdıra bilmirik, və yaxud çatdırırıqsa da, onun təsiri istədiyimiz kimi olmur.

Bu durumda nə etməli?

Əlbəttə, bəzi məsələləri biz dəyişə bilmərik, məsələn, dinimizə və türklüyümüzə Qərbin illərlə formalaşan ənənəvi münasibətini bir anda dəyişə bilmərik. Ancaq yaşadığınız Qərb toplumlarına daha səmərəli və təsirli davranışlar sərgiləyərək, onların arasında müəyyən fikir dəyişikliklərinə nail ola bilərik.

Nədir bu səmərəli və təsrli davranaşlar?

Təcrübə göstərir ki, əğər debatlarda (bu gün bu debatlar əsasən virtual məkanlarda gedir, məsələn, sosial şəbəkələrdə və s.) sizin opponentiniz (tutaq ki, bir İşveç vətəndaşı) gətirdiyiniz çoxlu faktlara (məsələn, ermənilərin İrandan Qarabağa Rusya İmperiyası tərəfindən 150 il əvvəl köçürülməsi faktına) baxmayaraq erməni “qədim tarixinə” əsaslanaraq, sonunculara haqq qazandırırsa, demək ki, o sizin arqumentlərə deyil, sizin “dini” və “etnik” kimliyinizə belə reaksiya bildirir. Və siz nə edirsinizsə edin, o “öz bilidiyini” təkrar edəcək. Hətta siz desəniz ki, gəlin tarixə deyil, çağdaş beynəlxalq hüquq normalarına istinad edək və Azərbaycanın ərazi bütövlüyü (hansını ki, bütün ölkələr rəsmi tanıyıb) prinsipindən məsələyə baxaq, oppontiniz bu dəfə deyəcək ki, “erməniləri qırmayın, onların yaşamaq hüququnu əlllərindən almayın, onların öz müqəddaratını təyin etmə haqqını tanıyın” və s.. Yəni, deyəcəklər, “humanizm” prinsipi bütün “ərazi bütövlüyü” prinsipindən üstündür, hətta sizə Con Lennonun “İmagine” mahnısını oxuyacaqlar. Sonra siz başqa tutarlı arqument gətirəcəksiniz, o isə yenə sizə nəsə cavab verəcək, və sonda siz yorulacaqsınız və ürəyinizdə deyəcəksiniz, “əşşi rədd ol get başımdan”.

Bu mənzərəni (buna bənzərini) mən dəfələrlə müşahidə etmişəm.

Demək ki, bizlər deyəndə olmur. Ancaq eynisini onların (Qərb toplumlarının) içindən birisi desə, mənzərə tam fərqli ola bilər.

Buna necə nail olmaq olar?

Bunun üçün yaşadığınız toplumlarda sizin düşüncələrinizi və haqlı arqumentlərinizi dinləyən və heç olmasa əsas tezlərinizi qəbul etməyə hazır olan fərdləri axtarıb tapmaq lazımdır. Bu, asan məsələ deyil, ancaq mümkündür. Belələri az da olsa, ancaq vardır. Onları ünsiyyət nəticəsində tapmaq lazımdır. Belə fərdlərlə irtibat qurub bütün haqlı dəlillərinizi və arqumentlərinizi ona çatdırmaq lazımdır. Onunla səmimi olub “dərdimizi” anlatmaq lazımdır. Bu fərdləri bizim haqlı olduğumuza inandırmaq lazımdır. Və bu inanc dərin və səmimi olarsa, demək ki, işi bacardınız. Artıq bundan sonra həmin fərdlər sizin (bizim) ruporumuz olacaq. Və demək ki, toplumlara çatdırmaq istədiyiniz mövqeləriniz artıq bu fərdlər tərəfindən deyiləcək. Bu zaman sizin dediyiniz, amma toplum tərəfindən çətin qəbul olunan arqumentlər, bizim bu ruporlar tərəfindən deməsi nəticəsində daha asan dinləniləcək və qəbul ediləcək, çünki, bunu deyən artıq “yad” müsəlman və türk (azərbaycanlı, fərq etməz) deyil, özü kimi isveçli, ingiliz və yaxud bir almandır.

Bu ruporları seçəndə mütləq onların təsiredici potensialına diqqət yetirmək lazımdır. Onlar topluma nə qədər çox təsiretmə keyfiyətinə malikdirlərsə, topluma təsiriniz də bir o qədər çox olacaq. Bu çox vacib amildir. Cünki, əgər sizin ruporunuz deyək ki, qonşunuz, pensioner, həyatını tək tənha sürən birisi olacaqsa, onun təsiri də az olacaq. Ancaq ruporunuz fəal və oxunan jurnalist və ya populyar bir blogger, və ya populyar siyasi və ya icimai fəal olarsa, o zaman sizin təsirinizə məruz qalacaq auditoriyanız bir o qədər də geniş olacaq.

Biz sözlə, çalışın yaşadığınız toplumlarda, olsun real həyatda, olsun virtual şəbəkələrdə, geniş sosyal dost şəbəkəsi qurun. Onlar da sizlərin (bizlərin) haqlı olduğumuzu dünyaya bəyan etsinlər.

Bu iş sizin yaradıcılığınıza galır.

Zatən bu iş yaradıcılıq istər, o da, inanıram, sizlərdə boldur, sadəcə onu doğru və səmərəli istəqamətə yönləndirmək lazımdır.

Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!

Rüfət Qaragözlü

8.10.2020

İzmir

.

Basta

.