Azərbaycandan Rusiyaya pomidor idxalına qoyulan qadağa aradan qaldırıldı
Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti dekabrın 24-dən Azərbaycanın 12 müəssisəsindən pomidor tədarükü ilə əlaqədar müvəqqəti məhdudiyyətləri aradan qaldırıb. Bu barədə şöbədən RBK-ya daxil olan məlimatda deyilir.
Qeyd edək ki, dekabrın əvvəlində Azərbsycandan Rusiyaya alma və pomidor idxalına qadağa qoyulmuşdu. Bu qərar pomidor və almada tapıldığı deyilən hansısa böcəklə əlaqələndirilsə də, Azərbaycanda bir çoxları qadağanın siyasi motivli olduğunu düßünür.
Basta