Neftin qiyməti illik rekordu keçib
“Brent” markalı xam neftin fyuçerslərinin dəyəri London ICE birjasında 8 yanvar bazar ertəsi günü keçirilən hərracda son bir ildən çox müddət ərzində ilk dəfə barel üçün 60 dolları keçərək 60,05 dollara yüksəlib.
DW-nin məlumatına görə, “Brent” markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 29 yanvar 2020-ci ildə 60 dolları keçib.
Mart ayında tədarük ediləcək WTI xam neftinin fyuçersləri 1,19% artaraq 57,53 dollara yüksəlib. Beləliklə, son bir həftə ərzində “Brent” markalı neft 7,8%, WTI – 8,9% bahalaşıb.
Neft bazarındakı oyunçular nikbindir.
Analitiklər qeyd edirlər ki, ABŞ-da koronavirusa qarşı kütləvi peyvənd və Amerika iqtisadiyyatı bərpa olunması nəticəsində xammala tələbatın artacağına ümid bazar iştirakçılarına nikbinlik verir. Neft OPEC +un hasilatı qorunması siyasətinə sadiqliyini elan etməsi fonunda da bahalaşır. OPEC-in neft bazarının 2021-ci il üzrə təklifin kəsirli olacağı proqnozları da bu bazara pozitiv əlavə edib.
Yeni koronavirus epidemiyalarına baxmayaraq, Çindən olan güclü tələb neft qiymətlərindəki artımın vacib amili olaraq qalır. 250 milyon barel nefti olan 127 tanker Çin limanlarına göndərilir. DW qeyd edir ki, bu, altı ayda maksimumdur.