Erməni terrorçunun azad edilməsinə ABŞ Dövlət Departamentindən ETİRAZ
ABŞ Dövlət Departamenti, Los-Anceles məhkəməsinin Kaliforniyadakı türk konsulunu öldürən Hambik Sasunyanın şərti azadlığa buraxılması barədə qərarından məyusdur.
Dövlət Departamentinin saytında yerləşdirilmiş məlumatda deyilir ki, ABŞ Dövlət Katibi Anthoni Blinken bununla bağlı açıqlama verib.
“Dövlət Departamenti, 1982-ci ildə Los-Ancelesdə baş konsul Kamal Arıkan’ın öldürülməsinə görə mühakimə olunan Sasunyan Kaliforniyada şərti olaraq azad edilməsinə görə dərin məyus olub” – deyə, o bildirib.
“Cənab Arikanın ailəsinə və Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza itkiləri ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı veririk” deyə, Blinken bildirib.
Azərbaycan Xarici işlər Nazirliyi də Los-Anceles Ali Məhkəməsinin Türkiyənin bu şəhərdəki Baş konsulu Kamal Arıkanın qatili olan erməni terrorçu Hambiq Sasunyanı azad etməsinə münasibət bildirib.
“Diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv addımdır. Bu, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından biri olan dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək.
Qeyd edək ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum olunub, qaçmağa nail olan K.Salibanın isə həmin il Livanda vətəndaş müharibəsində öldüyü iddia edilib.
Bu gün Los-Anceles Ali Məhkəməsi erməni terrorçunun lehinə qərar çıxarıb. Türkiyə XİN bu qərara kəskin reaksiya verib.
Basta