Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya
Rusiya Ordusunun 1920-ci il aprelin 28-də Azərbaycana daxil olmasının ildönümündə Xalq Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında “Rusiya Ordusu Azərbaycandan çıxarılsın!”, “Biz Türk Ordusunu isyəyirik!” şüarları ilə aksiya keçirib. Polis fəalların qaldırdığı şüarları alıb və etirazçıları səfirlik binasının qarşısından uzaqaşdırıb.
“Biz, Azərbaycan xalqı Rus Ordusunu istəmirik. Rus Ordusu Qarabağdan çıxarılsın. Onlar sülhməramlı deyil. Rus hərbçiləri vaxtı ilə pul müqabilində Azərbaycan əsgərlərini öldürüb. Biz istəyirik ki, Rusiya Ordusunu Türkiyə Ordusu əvəz etsin,” etirazçılardan biri deyib.
“Rus Ordusu Azərbaycanda dəfələrlə soyqırım edib. Əgər Rusiya Ordusu Şuşaya “İsgəndər-M” raketi atıbsa, bu ordunun adını sülhməramlı çağırmaq olmaz. Yetər artıq, Rusiya Ordusu Azərbaycanı tərfk etməlidir,” digər etirazçı qeyd edib.
Aksiyanın qətnaməsində deyilir ki, Azərbaycan Xalq Hərəkatı Rusiya Ordusunun ölkəyə gətirilməsini Azərbaycanın müstəqilliyinə qəsd kimi qiymətləndirir.
“Münaqişə zonasında atışı qadağan edilmiş “İsgəndər-M” raketinin qalıqrları tapılıb. Rusiya Ordusu slühməramlı missiyasına aid olmayan xidmətlər göstərir. Rədd olsun Rusiya Ordusu, rədd olsun Putin!” qətnamədə qeyd edilir.
Xatırladaq ki, aprelin 9-da Müsavat Partiyasının bir qrup fəalı Rusiyanın Bakıdakı səfirli önündə “İvan, idi domoq” və digər şüarlar altında etiraz aksiyası keçirərək, Şuşada tapılan “İsgəndər M” raketi qalıqlarına görə izahat tələb etmişdi.