15 iyul aksiyası ilə əlaqədar 6 nəfər barəsində həbs qətimkan tədbiri seçildi
İyulun 18-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Seymur Əhmədzadə barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə isə digər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Asif Yusifli barəsində də 2 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə Turana partiyadan məlumat verilib.
AXCP üzvləri iyulun 16-da saxlanılıblar. Onların 14-15 iyulda Milli Məclisin qarşısında baş vermiş hadisələrində iştirak etməsi iddia olunur.
Məlumata görə, Əhmədzadə və Yusifli Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə və ya bu cür hərəкətlərdə fəal iştiraк etmə) və 315-ci (Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin pozmasında təqsirləndirilirlər.
Partiyadan qeyd ediblər ki, Əhmədzadə və Yusifli ittiham olunduqlarl cinayətləri qəbul etmirlər və özlərini günahsız hesab edirlər.
Yerli medianın məlumatına görə, Bakıda Milli Məclisin qarşısında ixtişaşlar törətməkdə ittiham olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində də həbs qətimkan tədbiri seçilib.
Onlar da Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Bununla yanaşı barələrində həbs qətimkan tədbiri seçilən şxəslərin vəkilləri, ailə üzvləri hələ münasibət bildirməyib.
Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
Turan