Ərdoğan Putinin təklifini açıqladı

Rusiya prezidenti Türkiyəyə quruda, suda və kosmosda əməkdaşlıq təklif edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə görüşdüyü Rusiya prezidenti Vladimir Putinin ona etdiyi təklifi açıqlayıb.

 

NTV-də yayılan xəbərə görə, Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan təyyarə mühərriklərinin istehsalı və sualtı gəmilər də daxil olmaqla, gəmiqayırma sahəsində Türkiyə və Rusiyanın birgə hərəkət edə biləcəyini vurğulayıb. 

 

Ərdoğan, Türkiyənin kosmos araşdırmaları sahəsində Rusiya ilə birlikdə çalışa biləcəyini və Putinin quruda bir, dənizdə isə başqa bir platforma quraraq birlikdə kosmosa raket buraxmağı təklif etdiyini söyləyib.

 

“Kosmosda atıla biləcək addımlarla əlaqədar olaraq heyətlərimizi və qruplarımızı işə cəlb edəcəyik. Görüləcək işlərlə bağlı təqvim və yol xəritəsini təyin edəcəyik” – deyə, Ərdoğan əlavə edib.

 

Basta