Müsavat Divanının gündəliyi

Martın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən bildirilib li, iclasda əvvəlcə Müsavat Məclisinin son sessiyasının yekunları müzakirə olunub.

Daha son görülən işlər barədə məlumat dinlənilib. İranın Azərbaycana qarşı təxribatları, o cümlədən bu ölkəyə məxsus olan hərbi təyarənin dövlət sərhədimizi pozması pislənilib.

Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə gərginliyin getdikcə artmasından narahatlıq ifadə edilib. Azərbaycanın ərazi bötövlüyünün təmin edilməsi üçün antiterror əməliyyatlarının başlana biləcəyinə dair məlumatlar təhlil edilib.

Türkiyədə mayın 14-nə təyin edilən seçkilər, Ukraynada müharibə və dünyada gedən digər proseslər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.