Etiraz edirəm…
Mehriban Vəzir
Çirkin rol-modellər ölkəsinə çevirməyin bu vətəni…
Ünlü qələm sahiblərinin dilindən “ev boyda qıfıl” asmayın… bu ağırlığa onurğa dözmür, əyilir… bu əyilmə təkcə özlərinin deyil, xalqın da, dövlətin də belini əyir…
…Qələm adamının bir düşərgədən başqa düşərgəyə keçərək dünən çırpına-çırpına qara dediyinə bu gün eyni çırpıntı ilə ağ deməsi… səngərini, silahını atıb qaçmaqdır… döyüşəcək birinin fərariliyi deməkdir.
O fərarilər ilk fürsətdə sizlərdən də qaçacaqlar…
Anlayın… hər kəsin ruhunda, yapısında belə çirkin potensial olmur. Hər kəsdən dönüklük rol-modeli, məddahlıq simvolu yaratmaq mümkün deyil… insana Allahın yüklədiyi bir format da var ki, onu dəyişməyə cəhd etmək yaradılışa haykırıdır…
İmkan verin bu vətənda vicdanı ilə ömür sürən, haqqı nahaqqa verməyən, doğrunu söyləmək yanğısı olan qələm sahibləri, ictimai fəallar da rahat yaşasın.
Jurnalist Sevincin, Ülvi Həsənlinin, Orxan Hacılının həbsinə və bütün bu kimi həbslərə etiraz edirəm…
Çox arzu edirəm ki bu həbslər, “saxlanma” hüdudunu aşmasın…